Qəzza zolağında günahsız dinc sakinləri qətlə yetirən İsraildən bir-birinin ardınca qalmaqallı açıqlamalar gəlir. Məlum olub ki, İsrailin milli təhlükəsizlik naziri Ben-Qvir işğal ordusuna fələstinli qadın və uşaqları güllələmək əmri verib.
Tribunainfo.az xəbər verir ki, ifrat sağçı İsrail millət vəkili Vaturi də Qəzzada öldürülən mülki vətəndaşları “terrorçu” adlandırıb və “onlar ölməyə layiqdilər” deyib.
İsrail Milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Nazirlər Kabinetinin iclasında bu qalmaqallı bəyanatla çıxış edib.
Dəniz Pənahova