backend

İsraildən əks-həmlə: İki səfiri geri çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail cümə günü yəhudi dövlətinin məskunlaşma fəaliyyəti ilə bağlı qətnaməni BMT Təhlükəsizlik Şurasında irəli sürən Seneqal və Yeni Zelandiyadan səfirlərini geri çağırır. 

İsrail cümə günü yəhudi dövlətinin məskunlaşma fəaliyyəti ilə bağlı qətnaməni BMT Təhlükəsizlik Şurasında irəli sürən Seneqal və Yeni Zelandiyadan səfirlərini geri çağırır.

TİA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun Dəftərxanasının məlumatında bildirilir.

“Baş nazir məşvərət keçirmək üçün Seneqal və Yeni Zelandiyadakı səfirlərini təcili surətdə İsrailə çağırıb”, – deyə sənəddə bildirilir.

“Baş nazir üç həftədən sonra Seneqalın Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə nəzərdə tutulan görüşün ləğv olunması barədə göstəriş verib, həmçinin XİN-ə Seneqala dair bütün yardım proqramlarını ləğv etmək təlimatı verib”, – deyə Dəftərxanadan bildirilib.