İsrailin raket əleyhinə müdafiə sistemindən husilərin ballistik raketinə qarşı istifadəsi tarixə ilk kosmik döyüş kimi düşəcək. Belə ki, buna qədər hələlik heç kimə Yer atmosferindən kənarda hədəfi vurmaq müyəssər olmayəıb
Tribunainfo.az xəbər verir ki, bu barədə “Telegraph”ın yazdığı məqalədə bildirilir.
“İsrail bu həftə Yer atmosferindən kənarda ballistik raketi vurmaq üçün Arrow raketdən müdafiə sistemindən istifadə edib. Ehtimal olunur ki, bu, tarixdə ilk kosmos döyüşü olub”, – deyə məqalədə bildirilir.
Ballistik raket Yəməndən İranın dəstəklədiyi husilər tərəfindən buraxılıb və İsrailin liman şəhəri Eylatdakı hədəfinə doğru Ərəbistan yarımadası üzərində təxminən 1600 kilometr uçub.
İDF raketin vurulması ilə bağlı çox az bilgi versə də, İsrail Hərbu Hava Qüvvələrinin arsenalında hipersəs tutcu ilə təchiz edilmiş Arrow 2 raketdən müdafiə sisteminin bir neçə batareyasının olduğu məlumdur.
İsrail Müdafiə Nazirliyi raketin vurulma anını əks etdirən video yayımlayıb: əvvəlcə yaxınlaşan silindrik ballistik raket yalançı rəngli təsvirdə çətinliklə görünür, sonra isə bütün ekran partlayışla dolur.
IDF-in məsələ ilə bağlı bəyanatında deyilir ki, Hərbi Hava Qüvvələri sraketin uçuş yolunu izləyib və onu “ən əlverişli anda və yerdə” vurub.
Eylatda çəkilmiş fotolarda “Arrow tutucu”dan tüstü dumanı görünüb və şəhər sakinləri güclü partlayış səsini eşitdiklərini bildiriblər.
Yəmən husiləri dəİsrailin şəhər və qəsəbələrini hədəf alan çoxlu pilotsuz təyyarələr və digər uzaq mənzilli silahlarla birlikdə ballistik raketin atıldığını göstərən videogörüntülər yayımlayıblar.
Bazar ertəsi atılan ballistik raketin İran tərəfindən hazırlanmış Şahab-3 raketinin təkmil versiyası olan “Kader” raketi olduğu bildirilir.
Uzunluğu 15 metrdən çox olan “Kader” raketi yüksək partlayıcı döyüş başlığı ilə təchiz edilib O böyük hərəkət radiusuna malikdir. Husilər onunla İsrailin istənilən nöqtəsini vura bilərlər:
“Husilər artıq İsrailə müharibə elan ediblər və hazırda bu ölkəyə qarşı İranın dəstəklədiyi ittifaqda əsas qüvvədirlər”.
Arrow raketdən müdafiə sistemi ilk dəfə təxminən 25 il əvvəl məhz “Kader” ballistik raketinin qarşısını almaq üçün işlənib hazırlanıb.
Arrow sistemi birinci Körfəz Müharibəsi zamanı İsrailin “Skad” raketlərinin hücuma məruz qalması səbəbindən belə təhlükələrin qarşısı almaq üçün İsrail və ABŞ tərəfindən birgə hazırlanıb.