HƏMAS-ın həyata keçirdiyi hücumdan sonra İsrail xalqı yanlarında silah gəzdirməyi gündəlik vərdiş halına gətirib. Ölkədə çəkilən fotoda ticarət mərkəzinin pəncərəsində məhsulları yoxlayan qadınların belindəki silahlar diqqət çəkib.
Tribunainfo.az xəbər verir ki, HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumundan sonra 120 mindən çox İsrail vətəndaşı silah lisenziyası üçün müraciət edib. Demək olar ki, ölkədə qanuni olaraq silah əldə etmək üçün yarış gedir.
Görünməmiş sayda israilli atış bacarıqlarını təkmilləşdirmək üçün poliqonlarda sıraya düzülür. Silah dükanlarında növbələr yaranmağa başlayıb.