İsraildə növbədənkənar parlament seçkilərin tarixi müəyyənləşib.
TİA.AZ xəbər verir ki, bu barədə baş nazir Benyamin Netanyahunun sözçüsü məlumat verib və seçkilərin 2019-cu ilin aprel ayında keçiriləcəyini açıqlayıb.
Ötən aylarda müdafiə naziri Aviqdor Liebermanın istefası İsrail hökumətində böhrana səbəb olmuşdu. Baş nazir Netanyahu erkən seçkilərə etiraz etsə də, noyabr ayına planlaşdırılan seçkilər aprel ayına qərarlaşdırıldı.