İsrail HƏMAS lideri İsmayıl Haniyə və Hizbullahın yüksək səviyyəli komandiri Fuad Şükürün öldürülməsindən sonra gözlənilən cavab hücumlarına qarşı yüksək hazırlıq vəziyyətindədir. Tribunainfo.az Sondakika-ya istinadən xəbər verir ki, İran, Livan və hətta Yəməndən eyni vaxtda hücum ehtimalını nəzərə alan İsrailin bütün hava hücumundan müdafiə sistemlərini işə salmağa hazırlaşdığı öyrənilib.
Yediot Ahranot-a danışan yüksək rütbəli İsrail rəsmisi bildirib ki, “onlar mütləq güclü cavab verməyə hazırlaşırlar və hücum olacağı təqdirdə ABŞ başda olmaqla beynəlxalq ictimaiyyət regional münaqişənin qarşısını almaq üçün pərdə arxasında çalışır”. Hər hansı bir hücum olacağı təqdirdə ABŞ-ın İsrailə dəstək verəcəyinə işarə edən rəsmi, İngiltərə xarici işlər naziri Devid Lamminin Beyruta səfər edəcəyini bildirib.