Ardıcıl istefalardan sonra bütün gözlər Netanyahuya çevrildi.
Tribunainfo.az Ensonhaberler-ə istinadən xəbər verir ki, İsrail mətbuatı “O, Hərbi Nazirlər Kabinetini ləğv etməyi düşünür” yazıb.
İsrailin baş naziri Benyamin Netanyahu üzvləri Benni Qantz və Qadi Eyzenkotun istefa verməsindən sonra Nazirlər Kabinetini dağıtmağı düşünür.
Parlamentdəki 120 yerdən 12-nə sahib olan Milli Birlik Partiyasının üzvləri Gantz və Eizenkot Netanyahunu siyasi maraqlarına xidmət edən siyasət yürütməkdə ittiham ediblər.
İki siyasətçi növbədənkənar seçkilərin “mümkün qədər tez” keçirilməsini istəyib.