backend

İsrail XİN-dən Lapşinin ekstradisiyasına reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Azərbaycana ekstradisiya edilən bloqqer Aleksandr Lapşinin işi ilə bağlı məsələni diqqətlə izləyir.  
İsrail Azərbaycana ekstradisiya edilən bloqqer Aleksandr Lapşinin işi ilə bağlı məsələni diqqətlə izləyir. 

TİA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İsrail XİN-in rəsmi nümayəndəsi Emmanuel Naşhon bildirib.

“Biz Lapşinin işinin necə cərəyan etməsini diqqətlə izləyirik və diplomatik kanallar və konsulluq vasitəsilə tərələrlə əlaqədəyik”, – deyə İsrail XİN-in rəsmi nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etdiyi üçün Belarusda saxlanılaraq Bakıya gətirilən bloqqer Aleksandr Lapşin Bakı İstintaq Təcridxanasına köçürülüb.

Xatırladaq ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan bloqqer Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib.

Azərbaycan Baş Prokurorluğu A. Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb.

Lapşin Azərbaycan tərəfinin tələbi ilə dekabrın 14-də Belarus Respublikası hüquq mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılıb.