İsrail vətəndaşlarını Türkiyəni təcili tərk etməyə çağırdı

İsrail vətəndaşlarını Türkiyəni təcili tərk etməyə çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İsrail vətəndaşlarına Türkiyəni təcili tərk etmələri tövsiyə olunur, çünki orada terror aktları təhlükəsi yüksəkdir.

Tribunainfo.az Newsru.co.il-ə istinadən xəbər verir ki, bu barədə İsrail Milli Təhlükəsizlik Şurasının bəyanatında deyilir.

Milli Təhlükəsizlik Şurası Türkiyədə İsrail vətəndaşları üçün təhlükə səviyyəsinin ən yüksək – dördüncü səviyyəyə qaldırıldığını qeyd edib.

Eyni zamanda, Mərakeşdə israillilər üçün terror təhlükəsinin səviyyəsi ikinci səviyyəyə qaldırılıb – onlara ehtiyat tədbirlərini gücləndirmək tövsiyə olunur.
Qeyd edək ki, bundan əvvəl də İsrail vətəndaşlarına Yaxın Şərq ölkələrinə getməmək və təcili olaraq Sinayı tərk etmək tövsiyə edilib.