İSRAİL VƏ TÜRKİYƏ GƏRGİNLİYİ – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İyulun 14-dən başlayan Qüds gərginliyi artıq səngimək üzrədir. 

“İyulun 14-dən başlayan Qüds gərginliyi artıq səngimək üzrədir. 

Dünən İsrail radiosuna açıqlama verən Qüds müftisi Şeyx Məhəmməd Hüseyn böhranın başa çatdığını, müsəlmanların ibadət üçün “Əl-Əqsa” məscidinə gələ biləcəyini söyləməsi artıq buna əyani sübutdur”. 

Bu sözləri analitik Vüqar Zifəroğlu İsrail və Türkiyə arasındakı gərginliyə münasibət bildirərkən TİA.AZ-a deyib. Onun sözlərinə görə, baş verənlər Fələstin məsələsinə hər zaman həssas yanaşan Türkiyə ilə İsrail arasında da müəyyən gərginliyin yaşanmasına səbəb oldu:

“Xatırlayırsınızsa, 2010-cu ildə baş verən “Mavi Marmara” böhranından sonra hər iki ölkə arasındakı münasibətlər keçən il normal məcraya düşmüşdü. Lakin demək olmaz ki, bu münasibətlər daha kəskin xarakter alacaq. Hər halda nə Türkiyənin hazırkı rəhbərliyi, nə də İsrail bunda maraqlıdırlar. Hər halda rəsmi Tel-Əviv güzəştlərə getməklə islam ölkələri ilə gərginlikdə maraqlı olmadığını ortaya qoymuş oldu. Rəsmi Ankaraya gəldikdə isə demək olar ki, hər iki ölkə arasında Aralıq dənizində yeni ortaq qaz layihələrinin olması, gərginliyin sürdürülməsini və daha da kəskinləşdirilməsi ehtimalını aşağı endirir. Lakin şübhəsiz ki, “əl-Əqsa” olayı hər iki ölkə arasındakı münasibətlərə soyuqluq gətirdi və onu zədələyə bildi”.

İlahə