İsrail və İran “qılınclarını sıyırdılar”, ABŞ bölgəyə hərbi qüvvələr göndərirbackend

İsrail və İran “qılınclarını sıyırdılar”, ABŞ bölgəyə hərbi qüvvələr göndərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran və İsrail arasında gərginlik bəyanatlar səviyyəsində davam edir. Tribunainfo.az xəbər verir ki, ötən həftə İranın dini lideri Ali Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Yerli medianın yaydığı xəbərdə bildirilir ki, Əli Xamineyi İsrailə hücum üçün hazırlıq görülməsi ilə bağlı göstəriş verib. Bunun ardından isə SEPAH-ın komandanı Hüseyn Səlami açıqlama verərək, deyib ki, “Sadiq Vəd 3” əməliyyatına hazırlıq başlayıb və bu, əvvəlki iki hücumdan daha dəhşətli olacaq.
SEPAH-ın sözçüsü, generalı Əli Məhəmməd Naini isə “Mehr” Agentliyinə açıqlamasında bildirib ki, İsrail İranın cavab tədbirini proqnozlaşdıra bilmir.
Bu əsnada, İranın hava sahəsini bağladığı barədə xarici media xəbər yaysa da, bu ölkənin Mülki Aviasiya Mərkəzi açıqlama yayarar, məlumatı təkzib edib. Mərkəzin rəhbəri Möhsin Yazarlı bildirib ki, İranın hava məkanı nə yerli, nə də xarici təyyarələr üçün bağlanmayıb və bunun üçün heç bir əsas da yoxdur.
İsrail də bu ərəfədə boş oturmayıb. Həm müttəfiqlərindən aldığı dəstəklə, həm də öz imkanları hesabına İranın mümkün hücumlarına hazırlıq görür. Paralel olaraq, İrana hücum məsələsini də müzakirə edir. İsrail Müdafiə Nazirliyinə yaxın mənbələrin “Axios” saytına ötürdükləri informasiyada qeyd edilir ki, Təl Əviv Tehranı qabaqlamaq və onun bir sıra hədəflərini sıradan çıxarmağı planlaşdırır.
Hizbullah və HƏMAS-a qarşı Qəzza və Beyrutun şimalında əməliyyatlarını davam etdirən Təl-Əviv bir gündə 130-dan çox uçuşlar həyata keçirib. İsrail hökuməti hesab edir ki, İrana birbaşa hücumla yanaşı, onun Yaxın şərqdəki proksi təşkilatlarını sıradsan çıxarmaq əsas prioritetdir.
Tribunainfo.az xəbər verir ki, ABŞ admnistrasiyası Türkiyə vasitəsi ilə İrana xəbər göndərib. Belə ki, Bayden administrasiyası Tehrana xəbə
Rdarlıq edib ki, İsrailə hücum planını dayandırsın. “Biz iranlılara dedik. Biz İsraili çəkindirə bilməyəcəyik və növbəti hücumun əvvəlki kimi ölçülüb-biçilmiş və hədəfli olacağına zəmanət verə bilmərik”.
Pentaqonun sözçüsü general-mayor Pat Rayder isə bildirib ki, ABŞ Yaxın Şərqə əlavə raketdən müdafiə sistemləri, döyüş təyyarələri, yanacaq dolduran təyyarələr və bir neçə B-52 uzaqmənzilli bombardmançı təyyarələri göndərib.
B-52 təyyarələrinin bölgəyə göndərilməsi təkcə, İsraili müdafiə etmək üçün olması ekspertlər tərəfindən qəbul edilmir. Bu da onunla əsaslandırılır ki, B-52 bombardmançı təyyarələr hücum üçün nəzərdə tutulub. Ekspertlər hesab edirlər ki, ABŞ-ın bu addımı İsrail tərəfindən İranı bombalamaq məqsədi daşıyır.
Hücumun tarixi ilə bağlı hər hansı məlumat olmasa da, “Axios” saytı bu hadisənin ABŞ-da keçiriləcək prezident seçkilərindən əvvəl olacağını istisna etmir.