İSRAİL VƏ İRAN QƏZZADA TOQQUŞA BİLƏR – POLİTOLOQ

İSRAİL VƏ İRAN QƏZZADA TOQQUŞA BİLƏR – POLİTOLOQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ölkəsinin Fələstin xalqını dəstəkləməkdə sarsılmaz sadiqliyini bir daha təsdiqləyərək, İranın Fələstinlə bağlı prinsip və dəyərlərindən heç vaxt güzəştə getməyəcəyini bildirib. İranın xarici işlər naziri Dohada HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyə və hərəkatın digər rəhbərləri ilə görüşündə deyib: Fələstin məsələsi hələ də İslam dünyasının ən mühüm məsələsi hesab olunur. O xəbərdarlıq edib ki, əgər İsrail hərbi cinayətlər törətməyə davam edərsə, bu, regionda gözlənilməz nəticələrə gətirib çıxara bilər. O, İranın bu hərəkətləri dayandırmaq üçün əlindən gələni edəcəyinə söz verib.


Tribunainfo.az-a danışan siyasi ekspert Fuad Əliyev hesab edir ki, İsrail Qəzzada quru əməliyyatlarına başlasa, İran müdaxilə edə bilər. Onun fikrincə, hələlik İsrail piyadalarla hərəkətə keçməyə tələsmir, lakin quru əməliyyatlar başlanması, müharibəni daha da alovlandıra bilər: “Savaşın coğrafiyası genişlənə bilər. Qəzzada quru əməliyyatların başlanmasına İran, Hizbullah, HƏMAS və Suriya birgə cavab verəcəklər. O zaman Yaxın Şərqdə uzunmüddətli müharibə gözləməliyik”.