İsrail, həm İrana hücum, həm də İrandan hücumlara hazırlaşır. Tribunainfo.az saytı xəbər verir ki, bu məlumatla Təl Əvivdə yayınlanan Kanal 12 TV çıxış edib.
Telekanal bildirib ki, İsrail orudusu Qəzza və Beyrutun şimalında əməliyyatları davam etdirməklə yanaşı, Suriyadakı İran qüvvələrinə də zərbə endirir. Dünən Dəməşq yaxınlığındakı Zeynəbiyyə mərkəzinə raket zərbələri endirməsi də Tehranın bölgədəki qüvvələrini zəiflətməkdir.
İsrail ordusunun hazırlıq içində olduğunu qeyd edək Kanal 12 əhali arasında keçirdiyi sorğunun də nəticələrini açıqlayıb. Məlum olub ki, yəhudi əhalisinin 43 faizi İsrailin İrana son hücumunu çox zəif hesab erdir. Onlar daha güclü hücumlarla Tehranı sıradan çıxarmağı təklif edirlər.
Bu əsnada, İsrailin baş naziri Benyamin Netenyahu da bekar oturmayıb. O, ABŞ-ın yeni prezidenti Donald Trampla mütəmadi olaraq danışıqlar aparırı. Dünən isə gün ərzində Netenyahu ilə Tramp arasında 3 dəfə telefon danışığı olub. İsrailin baş naziri bununla bağlı deyib: “Biz İranın təhdidləri ilə bağlı Trampla razıyıq. Fikirlərimiz eynidir”.
İran isə daxildəki iqtisadi problemlərlə savaşır. Hərçənd ölkə rəhbərliyi İsrailə hücum edəcəklərini gizlətmirlər. Lakin vəziyyət o qədər ağır şəkil alıb ki, İran hökuməti bu gündən etibarən ölkədə elektrik enerjisini fasilələrlə verməyə qərar verib. Buna səbəb isə yanacaqla çalışan elektrik stansiyalarının yanacaq olmaması səbəbindən fəaliyyətlərini dayandırmalarıdır. Son bir həfətədə dizellə çalışan üç İstilik Elektrik Stansiyasının bağlandığı qeyd edilir.
Hadisələrin indiki fonunda SEPAH generallarının mütəmadi olaraq hücum barəsində danışması da ölkədə devalivasiyanı daha ra artırır. Üstəlik, infliyasiya da əsl problemə çevrilib. İranın dini lideri Əli Xamineyinin müşaviri Əli Ləricani deyib ki, ölkə büdcəsində kəsr 30 faizə çatıb. “Büdcə kəsiri 30 faizə çatıb. Biz bu vəziyyətlə İran-İraq savaşı dövründə üzləşmişik. Büdcədəki bu böyük kəsr infliyasiyanın qarşısını almağa ciddi təsir edir. Ümid edirik ki, bu dəfə də vəziyyətdən çıxacağıq”.