İsrail Suriyada 500 hədəfi vurub

İsrail Suriyada 500 hədəfi vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Bəşər Əsəd rejiminin devrilməsindən sonra 48 saat ərzində Suriyada 500-dən çox hədəfi bombalayıb.

İsrail ordusundan verilən açıqlamada hücumlarda vurulan hədəflər arasında müdafiə sistemləri və təyyarə donanmasının olduğu bildirilib.

İsrail təyyarə və helikopterlərin vurulduğu anların görüntülərini də paylaşıb. Suriyadakı təkmil zenit-raket sistemlərinin 90 faizinin, hava hücumundan müdafiə sistemlərinin isə 85 faizinin sıradan çıxarıldığı iddia edilib.

Açıqlamada Suriyada Rusiya istehsalı olan “SU-22” və “SU-24” təyyarə parklarının tamamilə yararsız hala salındığı və hava qüvvələrinin təxminən 40 faizinin məhv edildiyi qeyd olunub.