İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubuna zərbələr endirib.
Tribunainfo.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin rəhbəri İsrael Katz məlumat verib.
Bildirilib ki, komandanlıq mərkəzləri və çoxsaylı silah obyektləri də daxil olmaqla hərbi obyektlərə zərbələr endirilib.
“Hərbi-hava qüvvələri hazırda Suriyanın cənubunu sakitləşdirmək üçün təyin etdiyimiz yeni siyasətin bir hissəsi kimi Suriyanın cənubuna fəal şəkildə hücum edir və mesaj aydındır: Suriyanın cənubunun Livanın cənubuna çevrilməsinə icazə verməyəcəyik”, – Katz deyib.