Haqqımda saxta xəbərlərin yayıldığını eşidirəm. Sizi əmin edim ki, mən yaxşıyam. Deyəsən, kimsə bütün dünyanın mənə zəng etməsi, mesaj göndərməsi və yeni yəhudi ilini təbrik etməsi üçün çox yaradıcı bir yol tapıb.
Tribunainfo.az xəbər verir ki, bu sözləri İsrailin Kiprdəki səfiri Oren Anolik X hesabında qeyd edib.
Xatırladaq ki, bundan öncə “Azad İran” Teleqram kanalı səfirin və onunla bərabər olan iki nəfərin qaçırılaraq, naməlum yerə aparıldığı barədə məlumat yaymışdı.