İran və İsrail arasında münasibətlər gərgin olaraq qalır. Tribunainfo.az xəbər verir ki, İsrailin Kanal 12 TV şəbəkəsi İsrail hökumətinin İrana hücum prosesini təxirə salmaq istəmədiyini bildirib.
Lakin bununla bağlı ABŞ-ın da məsləhətini almağa çalışır. “Bu məsələhətləşmə qısa zamanda başa çatmalıdır. Bununla paralel olaraq, Təl Əviv Qərb ölkələrinə təzyiq edir ki, İrana qarşı sanksiyaları genişləndirsin”.
“Wall Street Journal” isə yazır ki, İsrail hərbi hava qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Komandanlıq hökumətdən İrana zərbə endirmək üçün əmr gözləyir.
“Vaşinqton Post” qəzeti isə ABŞ-ın diplomatik qaynaqlarına istinadən xəbər yayıb ki, Ağ Ev İsrailin İranı vurmasına icazə verməyib. Bayden admnistrasiyası indiki məqamda buna gərək olmadığını bildirib. Bunun qarşıdan gələn seçkilərlə bağlı olduğu qeyd edilir. “Çünki Ağ Ev hesab edir ki, indiki məqamda İranla İsrail arasındakı müharibə demokratların imicinə ciddi zərbə ola bilər”.
Bu əsnada demokratların namizədi Kamala Harris də bildirib ki, ABŞ İsrailə İranın hücumlarından qorunmaq üçün yardım edəcək. Lakin o, “ABŞ əsgərləri İsrail üçün döyüşməyəcək” fikrinin də vurğulayıb.
Tribunainfo.az xəbər verir ki, Rusiya da hadisələri diqqətlə izləyir. Moskva Yaxın Şərqdə baş verənləri ABŞ-ın təxribatı hesab edir. Bundan başqa, Rusiya Yaxın Şərq ölkələrinə mülki təyyarələrin uçuşlarını noyabrın 3-nə kimi dayandırıb.
İran tərəfi isə ritorikasında hər hansı dəyişiklik etməyib. Tribunainfo.az xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian ötən gün açıqlamasında deyib ki, əgər İsrail kiçik bir səhv edərsə və İrana hücuma başlayarsa, bunun qarşılığını sərt formada alacaq.
Habelə İranın dini rəhbəri Əli Xamineyi də səssiz qalmayıb. O bildirib ki, Yaxın Şərqdə problemin baiskarı ABŞ-dır. Onun sözlərinə görə, Tehran İrsilə qarşıə mübarizədən çəkinməyəcək.
Bu əsnada, SEPAH-ın komandan müavini Möhsün Rafiqdust da açıqlama yayıb. O deyib: “Bütün variantlar, hətta İrandan İsraillə döyüşmək üçün hərbi qüvvələrin göndərilməsi də ölkəmizin silahlı qüvvələrinin masasındadır. Bizim Livan və Qolana hərbi qüvvələr göndərmək imkanımız var”.