İSRAİL QƏZZANIN ŞİMALINDAKI SAKİNLƏRƏ CƏNUBA KÖÇMƏYİ ƏMR ETDİ

İSRAİL QƏZZANIN ŞİMALINDAKI SAKİNLƏRƏ CƏNUBA KÖÇMƏYİ ƏMR ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT fəlakətli humanitar nəticələrin qarşısını almaq üçün əmrin ləğvini qətiyyətlə tələb edir.

Tribunainfo.az RİA Novosti-yə istinadən xəbər verir ki, BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib ki, İsrail əhaliyə, eləcə də Qəzza zolağının şimalındakı BMT qoşunlarına 24 saat ərzində cənub hissəsinə köçmək əmri verib.

“Eyni sərəncam BMT-nin bütün əməkdaşlarına və BMT agentliklərində, o cümlədən məktəblərdə, sağlamlıq mərkəzlərində və klinikalarda yerləşən şəxslərə şamil edilir. BMT hesab edir ki, bu cür hərəkət humanitar nəticələr olmadan mümkün deyil”, – o deyib.