İSRAİL QƏZZANI DƏNİZDƏN DƏ VURDU

İSRAİL QƏZZANI DƏNİZDƏN DƏ VURDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS-ın oktyabrın 7-də başlatdığı əməliyyatdan sonra İsrail ordusunun Qəzza və İordan çayının qərb sahilinə hücumları davam edir. Fələstin İsrailin Qəzza və İordan çayının qərb sahilinə təşkil etdiyi hücumlarda indiyədək 704 nəfərin öldüyünü, təxminən 4 min adamın isə yaralandığını açıqlayıb. Qəzzadan edilən hücumlarda ölən israillilərin sayı 900-ü keçib.

Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi indiyədək İsrailin hücumları nəticəsində 143-ü uşaq və 105-i qadın olmaqla 704 nəfərin öldüyünü, təxminən 4 min adamın isə yaralandığını açıqlayıb.

İsrail Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, 157-si ağır olmaqla ümumilikdə 2616 israilli yaralanıb.

Fələstinin rəsmi xəbər agentliyi WAFA İsrail donanmasının hücum katerlərinin Aralıq dənizi sahilində Qəzza zolağının mərkəzi hissələrini və Xan Yunus şəhəri sahilindəki yaşayış məntəqələrini dənizdən vurduğunu bildirib.