İsrail dünən gecədən quru hücumlarına başlayıb.
Qəzzada bir çox məntəqəyə basqın edilib. Hücumda tank və piyadalardan da istifadə edildiyi bildirilib. Digər tərəfdən, İsrail saat 10:00-16:00 aralığında mülki vətəndaşların cənuba keçməsinə şərait yaradacağını açıqlayıb.
Qeyd olunub ki, 6 saat ərzində icazə verilən yollara hücum gerçəkləşməyəcək.
Bundan əvvəl isə İsrail BMT-ni məlumatlandırıb ki, 1,1 milyon fələstinli 24 saat ərzində Qəzza zolağının cənubuna təxliyə edilməlidir.
sfera.az