İsrail Qəzzada 150 hədəfə zərbə endirdi

İsrail Qəzzada 150 hədəfə zərbə endirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu Qəzza zolağında 150 yaxın hədəfə zərbə endirib.

Xəbəri İsrail ordusuna istinadla AFP agentliyi yayıb. Məlumata görə, qarşıdurmalar zamanı 50 nəfər yaralanıb, onlardan 2-sinin vəziyyəti ağırdır.

İsrail ordusunun məhv etdiyi hədəflər sırasında HƏMAS-a məxsus mövqelər, silah anbarları, raket buraxılışı üçün məntəqələr, hərbi məqsədlərlə istifadə olunan bir sıra inzibati binalar, Fələstin hərbi-dəniz qüvvələrinə məxsus gəmi də yer alıb.

Qeyd edək ki, ötən gün Qəzza zolağında ciddi toqquşma baş vermiş, 3 fələstinli və 1 yəhudinin həlak olduğu bildirilmişdi. İsrail Fələstin tərəfdən ölkəyə 300-ə qədər raket atıldığını da iddia etmişdi.