İsrail qara siyahıya salındıbackend

İsrail qara siyahıya salındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrail ordusu və təhlükəsizlik qüvvələrini münaqişə zonalarında uşaqlara zərər verənlər kimi qara siyahıya salıb.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreşin 2023-cü il üçün məlumatları özündə əks etdirən və hələ ictimaiyyətə açıqlanmayan “Uşaqlar və Silahlı Münaqişə Hesabatı”na daxil olub.

Hesabatda qeyd olunur ki, 2023-cü ildə 5 min 301 uşaq öldürülüb, 6 min 348 uşaq yaralanıb, 8 min 655 uşaq silahlı birləşmələr sıralarına cəlb edilib, 5 min 205 uşağın humanitar yardıma çatmasının qarşısı alınıb. 2 min 491 uşağın silahlı qruplarla əlaqəsi səbəbiylə həbs olunduğu, 4 min 356 uşağın isə qaçırıldığı bildirildi.