İSRAİL PREZİDENTİNDƏN ANCELİNA COLİYƏ REAKSİYA

İSRAİL PREZİDENTİNDƏN ANCELİNA COLİYƏ REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Qəzzaya hücumlarına reaksiya verən Ancelina Coli İsrail prezidenti İsaak Hersoqun hədəfindədir. Herzoq Coli haqqında “Məncə, o, Qəzzaya heç getmədi, bura da gəlmədi. O, heç vaxt faktları yerində görmədi” deyib.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Angelina Coli “İsraildə baş verənlər bir cinayətdir, terrorizmdir. Bu Qəzzadan getməyə yeri olmayan, qida və suya çıxışı olmayan insanların vəziyyətidir. Sığınacaq üçün sərhədi keçmək insan hüququdur” deyib.

Coli İsrailin Qəzzadakı Cibaliye Qaçqınlar Düşərgəsinə hücumuna da reaksiya verib və atəşkəsə çağırıb. Coli şəxsi İnstaqram hesabında qaçqın düşərgəsinin hücumdan sonrakı görüntülərini paylaşaraq, “Bu, qaçmağa yeri olmayan tələyə düşmüş xalqa qəsdən edilən hücumdur” deyib.