İsrail mətbuatının yazdığına görə, Hannibal Protokolu İsrail Silahlı Qüvvələri tərəfindən 7 oktyabrda HƏMAS-ın Qəzzaya hücumu zamanı üç fərqli ordu obyektində həyata keçirilib.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, hücum başlayandan təxminən 5 saat sonra əsgərlərə içəridə mülki şəxslərin olub-olmamasından asılı olmayaraq, “bir dənə də olsun avtomobil Qəzzaya dönməyəcək” əmri verilib. Bu protokol girovların həyatı bahasına olsa belə, əsgərlərin oğurlanmasının qarşısını almaq üçün güc tətbiq etmək göstərişi kimi tanınır.
Haaretz-in iddiasına görə, HƏMAS-ın 7 oktyabr hücumundan sonra başlayan xaosda İsrail silahlı qüvvələri mülki insanların həyatını təhlükə altına alan Hannibal Protokolunu həyata keçirib.