İranla İsrail arasında münasibətlərin kəskinləşməsi müşahidə olunur. Tribunainfo.az xəbər verir ki, hələ bir neçə gün əvvəl Rusiyanın XİN başçısı Sergey Lavrov da bu barədə danışmışdı.
O demişdi ki, iki ölkə arasında gərginlik pik həddədir.
Dünən isə ABŞ dövlət katibi Entoni Blinken bu məsələdən bəhs edib. O deyib ki, Vaşinqton İsrailə İran hücumlarının qarşısını almaq üçün bütün köməklikləri göstərəcək. Lakin o, İranın hazırda heç kimlə döyüşmək iqtidarında olmadığını da qeyd edib. “Biz bunun real tərəfini Suriyada gördük”.
“Today in Israel” saytı isə yazıb ki, İsrail ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirlib. Belə ki, İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi, İranın “yaxın günlərdə İsrailə qarşı ifrat tədbirlər görməyə qərar verəcəyi təqdirdə hərbçilərə yüksək döyüş hazırlığına keçməyi əmr edib”.
İran tərəfi isə bu məsələyə birmənalı münasibət bildirmir. Hazırda bütün ölkə boyü hərbi təlimlər keçirən və yeni silahlarını sınaqdan çıxaran SEPAH komandanlığı bildirir ki, onlar istənilən döyüşə hazırdırlar. SEPAH-ın quru qoşunları komandanı Kiyomərz Heydəri bəyan edib ki, İran lazım olan məqamda lazım olan addımları atacaq. O, ordunun buna hazır olduğunu da vurğulayıb.