İsrail Ordusu “Hizbullah” hərəkatının lideri Haşem Safiuddin öldürüldüyünü təsdiqləyib.
Tribunainfo.az -ın məlumatına görə, bu barədə “Reuters” xəbər verib
Qeyd edilir ki, hərəkatın sabiq lideri Həsən Nəsrullahın varisi zərərsizləşdirilib.
Xatırladaq ki, H.Nəsrullah sentyabrın 27-də İsrailin Beyrutda hərəkatın mərkəz qərargahını bombalaması nəticəsində ölüb. Onunla birlikdə ölən hərəkat liderlərinin adları da açıqlanıb: Əli Karaki – “Hizbullah”ın cənub cəbhəsinin komandiri, İbrahim Huseyn Cazini -Şeyx Həsən Nəsrullahın şəxsi mühafizə xidmətinin rəisi, Samir Taufik Diab – Həsən Nəsrullahın məsləhətçisi, Abd əl-Əmir Məhəmməd Siblini – “Hizbullah”ın qüvvələrinin formalaşdırılmasına məsul şəxs, Əli Navaf Ayub – “Hizbullah”ın atəş gücünə məsul şəxs. İbrahim Huseyn Cazini və Samir Taufik Diab Həsən Nəsrullaha ən yaxın fiqurlar olub.
Haşem Safiuddin sentyabrın 30-da “Hizbullah”ının yeni baş katibi seçilib. O, Həsən Nəsrullahın ən yaxın qohumudur. Haşem əvvəllər “Hizbullah”ın İcra Şurasına başçılıq edib, hərəkatda ikinci fiqur sayılıb.
Livanın Mülki Müdafiə Xidmətinin rəsmiləri Beyrutun kənarındakı Əl-Mreyc rayonunda dağıntıları təmizləyərkən “Hizbullah”ın keçmiş icraçı şurasının rəhbəri Haşim Safiuddinin meyitini aşkar ediblər. Bu barədə isə “Al Hadath” telekanalı məlumat yayıb.
Məlumata görə, o, sentyabrın 27-də Beyrutun cənubunda şeyx Həsən Nəsrullahın zərərsizləşdirilməsindən sonra “Hizbullah”ın baş katibi postuna əsas namizəd hesab edilirdi.
Safiyuddin oktyabrın 3-də El-Mreyji rayounda bunkerə endirilən zərbə zamanı öldürülüb. Xilasedicilər dağıntıları təmizləyərkən Safiyuddinin rəhbərlik etdiyi toplantıda iştirak etmiş “Hizbullah”ın 23 üzvünün meyitini dağıntılar altından çıxarıblar.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Nəticədə aralarında qocalar, qadınlar, uşaqlar da olmaqla 200-dən çox insan girov götürülüb. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Əvvəllər dəfələrlə Qəzzada atəşkəslə bağlı danışıqların dalana dirəndiyi barədə məlumatlar yayılıb. Eyni zamanda, ABŞ, Qətər və Misirin Qəzzada İsrail və HƏMAS üçün yeni atəşkəs təklifinin formalaşdırılması üzərində çalışdığı bildirilib. Lakin indiyədək bu səylər heç bir ciddi dəyişikliyə səbəb olmayıb.