İsrail ordusu Misir sərhədinə yaxın Kerem Əbu Səlim bölgəsində bir Misir nöqtəsinin səhvən hədəf alındığını açıqlayıb.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, hadisə ilə bağlı araşdırmalara başlanıldığına dair məlumatların yer aldığı açıqlamada başqa təfərrüat verilmədən “hadisədən kədərləndik” qeyd edilib.
Misir Ordusunun sözçüsü polkovnik Qarip Əbdülhafez hadisə ilə bağlı verdiyi yazılı açıqlamada, “Qəzza zolağında davam edən qarşıdurmalar zamanı sərhədin əks xəttində İsrail tankından təsadüfən atılan top mərmisi parçaları Misirin sərhəd nəzarət qüllələrindən birinə dəyib”, -deyə bildirib.