İsrail ordusu Qəzzaya gedən digər flotilyanı da ələ keçirib

İsrail ordusu Qəzzaya gedən digər flotilyanı da ələ keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu Qəzzaya humanitar yardım aparan digər flotilyanı da ələ keçirib və çoxsaylı fəalları həbs edib.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Associated Press“ məlumat yayıb.

Ətraflı İsrail Müdafiə Qüvvələri Aralıq dənizində İsrailin Qəzzanın dəniz blokadasını pozmağa çalışan doqquz gəmidən ibarət flotilyasını dayandırıb və gəmilərdə olan çoxsaylı fəalı həbs edib.

İsrailin Xarici İşlər Nazirliyi bildirib ki, saxlanılan 145 fəal sahilə çıxarılaraq müvafiq prosedurlar üçün saxlanılıb. Daha sonra onların deportasiyası gözlənilir.

Qeyd edək ki, keçən həftə təxminən 450 fəalın yer aldığı 40-dan çox gəmi Qəzzaya simvolik miqdarda humanitar yardım aparmağa çalışarkən dayandırılın.

Qlobal Sumud Flotilyasının əksər fəalları deportasiya edilsə də, Norveç, Mərakeş və İspaniyadan olan altı fəal hələ də İsraildə saxlanılır.