İsrail ordusunun tankları və buldozerləri Qəzza zolağının Xan Yunis şəhərində Nasser xəstəxanasının ətrafındakı qəbiristanlığı dağıdıb.
Tribunainfo.az xəbər verir ki, orduya məxsus tanklar, buldozerlər və zirehli texnika Nasir xəstəxanasının yaxınlığından bir neçə yüz metr geri çəkilib.
Məlum olub ki, geri çəkilərkən ardınca böyük dağıntılar qoyan ordu bölgədəki qəbiristanlığı da dağıdıb.
Qəbiristanlıqda çoxlu qəbirlərin dağıdıldığı, bəzi cəsədlərin səpələnmiş olduğu görülüb.