İsrail Müdafiə Ordusu (SAXAL) son 24 saat ərzində Qəzza zolağında 250-dən çox hədəfə hücum edildiyini açıqlayıb.
Tribunainfo.az -ın məlumatına görə, qeyd olunub ki, əməliyyatlar nəticəsində İsrail ərazisinə raket zərbələri endirməyə hazırlaşan bir qrup terrorçu məhv edilib.
Eyni zamanda, SAXAL anklavda həyata keçirilən yeni əməliyyatların görüntülərini yayıb.