İSRAİL ORDUSU QAÇQIN DÜŞƏRGƏSİNƏ HÜCUM ETDİ

İSRAİL ORDUSU QAÇQIN DÜŞƏRGƏSİNƏ HÜCUM ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şahidlərdən alınan məlumata görə, İsrail əsgərləri çoxlu sayda hərbi maşın və buldozerlərlə əraziyə basqın edərək, bir binanı mühasirəyə alıb və içərisindəki mənzili “Enerqa” raketi ilə bombalayıb.

Tribunainfo.az xəbər verir ki, nların qüvvələri küçələrə və infrastruktura da ziyan vurub.

İsrail qüvvələri ilə Fələstin müqavimət döyüşçüləri arasında silahlı qarşıdurma başlayarkən Nur Şəms Qaçqınlar Düşərgəsinin bir çox məhəlləsində partlayış səsləri eşidilib.

Digər tərəfdən, Fələstinin Azadlıq Xalq Cəbhəsinin (AXC) idarəçilərindən olan keçmiş deputat Halide Jarrar İordan çayının qərb sahilinin Əl-Bire şəhərindəki evinə basqın zamanı İsrail hərbçiləri tərəfindən saxlanılıb.

Qeyd edək ki, hadisələrlə bağlı İsrail rəsmilərindən heç bir rəsmi açıqlama verilməyib.