İsrail ordusu “Hizbullah”ın kəşfiyyat komanda mərkəzinə zərbə endiribbackend

İsrail ordusu “Hizbullah”ın kəşfiyyat komanda mərkəzinə zərbə endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İsrail Müdafiə Qüvvələri Livanın paytaxtı Beyrutun ətrafında “Hizbullah”ın kəşfiyyat mərkəzinə və silah anbarlarına zərbələr endirdiyini bildirib.
Tribunainfo.az  xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında deyilir.
“İsrail Hərbi Hava Qüvvələri Beyrutda “Hizbullah” terrorçularının əsas dayaq nöqtəsi olan Dahiya rayonunda “Hizbullah”ın bir neçə silah anbarına və kəşfiyyat mərkəzinə zərbələr endirib”, – qurum diqqətə çatdırıb.
Qeyd olunub ki, zərbədən əvvəl mülki şəxslərə zərərvermə riskini azaltmaq üçün bu ərazidə əhalinin əvvəlcədən xəbərdar edilməsi də daxil olmaqla çoxsaylı tədbirlər görülüb.