İsrail ordusu “Hizbullah” döyüşçülərinə zərbələr endirib

İsrail ordusu “Hizbullah” döyüşçülərinə zərbələr endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu şənbə günü ərzində Livanda atəşkəs razılaşmasını pozan “Hizbullah” hərəkatının döyüşçülərinə qarşı bir neçə zərbə endirib.

Tribunainfo.az-ın məlumatına görə, bu barədə İsrail ordusu “Telegram” kanalında bildirib.”Ordu gün ərzində İsrailin təhlükəsizliyini təhdid edən və atəşkəs razılaşmalarını pozan hallarda tədbirlər görüb”, – deyə qeyd olunub.

Xüsusilə də İsrail Hərbi Hava Qüvvələri “Hizbullah” döyüşçülərinin silah daşıdığı avtomobilə hücum edib. İsrail hərbi komandanlığının məlumatına əsasən, daha bir zərbə Livan-İsrail sərhədinə yaxınlaşan bir qrup silahlı şəxsə dəyib. Üçüncü hava zərbəsi Livanın cənubunda raket buraxılış qurğularının olduğu əraziyə endirilib.