İsrail Ordusu HƏMAS-ın hərbi qanadının komandirini zərərsizləşdirdi

İsrail Ordusu HƏMAS-ın hərbi qanadının komandirini zərərsizləşdirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Ordusu Qəzza zolağında HƏMAS hərəkatının hərbi qanadının yüksək rütbəli komandiri İmad Jaronu zərərsizləşdirib.

Tribunainfo.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, o həm də Qəzzanın Deyr əl-Bələh şəhərinin meri vəzifəsini daşıyırdı.
İmad Jaronun Deyr əl-Bələhdəki humanitar zonada İsrailə qarşı hücumlar planlaşdırdığı bildirilir.
Ordu bəyan edib ki, zərərsizləşdirilən hərəkat rəsmisi HƏMAS-ın hərbi qanadının rəhbərliyi ilə daimi əlaqə saxlayıb və ona döyüş dəstəyi verib.
“HƏMAS beynəlxalq hüququ pozaraq, mülki və humanitar infrastrukturdan terror məqsədləri üçün istifadə etməkdə davam edir”, – Ordunun məlumatında deyilir.