Cəmi 12 İDF əsgəri onlarla yaraqlıya qarşı döyüşüb. Qarşıdurma Qəzza zolağı ilə sərhəddə yerləşən Kibbutz Beeri qəsəbəsində baş verib.
Qaynarinfo xəbər verir ki, “İzvestiya”nın müxbiri Stanislav Qriqoryevin dediyinə görə, kadrlarda terrorçuların avtomobil oğurladığı, lakin İsrail əsgərlərinin sürücünü məhv etdiyi görünür.
Bundan əlavə, hərbçilər kibbuts sakinlərini (Kibbuts (İbranicə: קִבּוּץ; ilkin olaraq קְבוּצָה, kvutzah – “qrup”, həmçinin kibbutz) İsraildə əmlak icması ilə xarakterizə olunan kənd təsərrüfatı kommunasıdır. – Red.) təhlükəsiz yerə gətiriblər. Videogörüntülərdən belə görünür ki, iki əsgər onlarla mülki vətəndaşın qabağında gedir, bəzi insanlar isə uşaq arabasında körpələrini aparır.
Yerli sakinlərdən birinin dediyinə görə, o, hərbçiləri “göydən gələn mələklər” kimi təsəvvür edir.
“Biz bir nöqtəyə gəldik. Qarşımızda bir dəstə ölü HƏMAS-çı vardı. Artıq ikimiz də yaralanmışdıq, mən otura bilmirdim. Mən ancaq ayaq üstə dura bilirdim, ona görə də ancaq divara söykənməli olurdum. Qəfildən iki mələk gəldi və bizə patron və mobil telefon gətirdilər ki, ailələrimizə sağ olduğumuzu deyə bilək”, – deyə Rami Qold bildirib.
Şaldağdan olan İsrail hərbi birləşmələri Palmaxim aviabazasından helikopterlə kibbutsa köçürülüb.
Qriqoryev bildirib ki, Beerinin kibbutsa evlərinin divarları çox nazikdir və müdafiə üçün uyğun deyil. Binalardan biri ağır silahlarla dağıdılıb.
Bir gün əvvəl HƏMAS hərəkatının silahlı qanadı – İzzəddin əl-Qəssam Briqadaları Tel-Əvivin növbəti dəfə atəşə tutulduğunu açıqlayıb. Təşkilat bildirib ki, zərbə İsrailin fələstinli mülki vətəndaşları “kütləvi şəkildə məhv etməsinə” cavab olaraq həyata keçirilib. Dörd nəfər yaralanıb.
Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS hərəkatının Qəzza zolağından İsrail ərazisini kütləvi raket atəşinə tutması və həmçinin ölkənin cənubundakı sərhəd bölgələrini işğal etməsi Yaxın Şərqdə vəziyyətin gərginləşməsinə səbəb olub. Həmin gün İsrail Qəzza zolağındakı hədəflərə cavab zərbələri endirməyə başlayıb.
Son məlumatlara görə, Qəzza zolağında qurbanların sayı artaraq 6546 nəfərə çatıb, 17439 nəfər yaralanıb. İsrail tərəfində isə 5,4 min nəfər yaralanıb, 1,4 mindən çox insan həlak olub.
Fələstinlilər iki ölkə arasındakı sərhədləri 1967-ci il Altı Günlük Müharibədən əvvəl mövcud olan xətlərə qaytarmağa çalışırlar. Fələstin Qərb Sahilində və Qəzza zolağında öz dövlətini yaratmaq və Şərqi Qüdsü paytaxt etmək istəyir. İsrail qoyulan şərtləri rədd edir.