İsrail Netanyahunun oğlu ilə bağlı xəbərlə çalxalandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail mediası Netanyahunun oğlu Yair Netanyahuya aid olduğu iddia edilən səs yazısını yayımlayıb. TİA.AZ xəbər verir ki, İsrailin Hadashot telekanalında yayımlanan səs yazısında Netanyahunun oğlu Yair və neft maqnatı Ori Maimonun oğlu Kobi Maimon getdikləri striptiz klubda hesabı hansının ödəyəcəyi ilə bağlı mübahisə ediblər.

Yair Netanyahu dostuna “Qardaşım sən mənim üçün pul xərcləməlisən. Atam sənin atan üçün möhtəşəm bir müqavilə imzalanmasına nail olub, Knessetdə (İsrail parlamenti) bunun üçün mübarizə aparıb. Atam sənin üçün 20 milyard dollarlıq müqavilə təşkil edə bilir, amma sən mənim üçün 400 şekel ödəyə bilmirsən?” deyib. İsrail mediası Yairin vəkilinin səs yazısını yayımlamamaları üçün çalışdığını da bildirib. Yair Netanyahu striptiz kluba dövlətin təsis etdiyi avtomobil və mühafizə ilə gedib. Qeyd edək ki, Netanyahunun oğlu əvvəllər sosial mediadan İsrail solçularına qarşı nifrət xarakterli paylaşımlar etdiyi üçün də tənqid edilmişdi.