HƏMAS ilə müvəqqəti atəşkəs başa çatdıqdan sonra Qəzzaya hücumları bərpa edən Baş nazir Benyamin Netanyahunun İsraildəki sözçüsü Ofir Gendelman Fələstinin müqavimət hərəkatı HƏMAS-ın təslim olması və Qəzzada saxlanılan məhbusların azad edilməsi barədə danışıb. O bildirib ki, Qəzzaya hücumları bir şərtlə sona çata bilər.
Tribunainfo.az-ın məlumatına görə, .İsrail HƏMAS-a müharibəni bitirmək üçün iki şərt təklif etdi.
HƏMAS müqavimət hərəkatının təslim olması və Qəzzada saxlanılan məhbusların azad edilməsi. O bildirib ki, Qəzzaya hücumları bu şərtlə sona çata bilər.
Qeyd edək ki, İsrailin Qəzzaya qarşı əməliyyatından iki ay keçdikcə hücumların intensivliyi artır. Qəzzanın həm şimalı, həm də cənubu hədəfə alınır. İsrail ordusu, şimaldan qaçan yüz minlərlə mülki vətəndaşın sığındığı və daha əvvəl təhlükəsiz bölgə elan edilən Qəzzanın cənubundakı Xan Yunisin mühasirəyə alındığını və əsgərlərinin şəhərin mərkəzində əməliyyat keçirdiyini açıqlayıb.