Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) Qəzzada yerləşən məktəbi ətrafında İsrail ordusunun həyata keçirdiyi hücumda ən azı 5 nəfər ölüb.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-nın məlumatına görə, İsrail döyüş təyyarələri Qəzza şəhərinin qərbindəki Əl-Şati qaçqın düşərgəsinə hücum edib.
Hücumda minlərlə məcburi köçkün fələstinlinin sığındığı Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərq Fələstinli Qaçqınlara Yardım və İşlər Təşkilatına (UNRWA) aid Əbu Asi məktəbinin ətrafı da hədəfə alınıb.
İsrail ordusu hücumu ağ fosfor bombaları və top mərmiləri ilə həyata keçirib.