İsrail mediası Zəhradan yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“News From Israel” portalında Ermənistanın növbəti təxribatı ilə bağlı ekspert Arye Qutun müsahibəsi yayımlanıb. 

“News From Israel” portalında Ermənistanın növbəti təxribatı ilə bağlı ekspert Arye Qutun müsahibəsi yayımlanıb

İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı ilə bağlı “News From Israel” portalına müsahibə verib.

A.Qut müsahibəsində bildirib ki, iyulun 4-ü Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində baş vermiş dəhşətli insanlıq faciəsindən sonra təmas xəttindəki məsuliyyət bütünlüklə Serj Sarkisyanın cinayətkar rejiminin üzərinə düşür. Ermənistanın mövcud cinayətkar klanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanmasında maraqlıdır.

“Cəbhə bölgəsində baş verən son hadisələr bir daha onu göstərir ki, işğalçı ölkə Ermənistan sülhün əldə edilməsində maraqlı deyil. Antiazərbaycançılıq, antisemitizm, şovinizm, millətçilik Ermənistan siyasətinin tərkib hissəsidir. Belə olan halda, sülhdən danışmaq mümkün deyil. Sarkisyan və onun rüşvətxor, separatçılardan ibarət dəstəsi Azərbaycan torpaqlarını işğalını davam etdirməklə öz hakimiyyətlərini qoruyub saxlamağa çalışırlar”, – deyə israilli ekspert qeyd edib.

A.Qut bildirib ki, 18 aylıq Zəhra Quliyeva və onun nənəsi müasir erməni terrorçuluğunun və faşizminin qurbanları olub. Bu, Dağlıq Qarabağ münaqişəsi tarixində Ermənistan tərəfindən qadın və körpələrin qətlə yetirilməsi ilə bağlı ilk fakt deyil. Xocalı faciəsi hamıya yaxşı məlumdur”, – deyə bildirib.