İsrail Livanda binanı vurdu, ölənlər var

İsrail Livanda binanı vurdu, ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusunun Livanın cənubundakı Nəbatiyə şəhərində 3 mərtəbəli binaya pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirdiyi hücumda bir ailənin 8 üzvünün öldüyü bildirilib.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki,Livanın rəsmi agentliyi NNA- da yer alan xəbərdə , İsrailə məxsus PUA-nın Nəbatiyə şəhərinin Mercayun bölgəsində 3 mərtəbəli bir binanı idarə olunan raketlə hədəfə aldığı bildirilib.

Qeyd edək ki, İsrail ordusunun 8 oktyabr 2023-cü il tarixindən etibarən Livana hücumları nəticəsində həlak olan mülki vətəndaşların sayı 42-yə yüksəlib.

Dəniz Pənahova