İSRAİL LİDERİ BAYDENİN  PLANLARINI POZDU – ANALİTİK

İSRAİL LİDERİ BAYDENİN PLANLARINI POZDU – ANALİTİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“HƏMAS proses yaradan güc deyil. HƏMAS-ın ideologiyası İsraili yox etməkdən ibarətdir və bu qruplaşmada yer alanlar öz yaxınlarını İsrail hücumları nəticəsində itiriblər. Ona görə də, HƏMAS-ı manipulyasiya etmək böyük dövlətlər üçün asan məsələdir”.

Bu fikrləri Tribunainfo.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib. O, əlavə edib ki, burada əsas rolu ABŞ oynayır. ABŞ-nin əsas məqsədi Qəzzada əməliyyatların aparılması yox, Suriyada Türkiyə və Rusiyanın planlarını neytrallaşdırmaqdan ibarətdir.


Bunun üçün də “İsraili qorumaq” adı altında bölgəyə əlavə qüvvələr cəb edilməsini legitimləşdirməkdir. Həmçinin onsuz da Ağ Evlə soyuq münasibətləri olan Netanyahunu siyasi səhnədən silməkdir:

“Çünki Netanyahu ABŞ-nin planlarına mane olur. HƏMAS-ın hücumlarına dəhştli reaksiya veriməsi dünya ictimaiyyətinin təpkisini təkcə İsrailə deyil, ABŞ-yə qarşı da yönəltdi. Bu da ABŞ-nin “İsraili daha böyük təhlükələrdən qorumaq” üçün xüsusilə Suriyaya yeni hərbi qüvvələrin yerləşdirilməsini legitimləşdirməyə mane oldu. Ümumiyyətlə Netanyahunun ABŞ ilə hesablaşmaması və son proseslərə də qeyri-adekvat münasibət sərgiləməsi onun dünya çapında xarizmasını məhv etdi. Buna görə də onsuz da sual altında olan siyasi karyerasının sonunu daha da sürətləndirdi. Bu baxımdan deyə bilərik ki, Netanyahu siyasi karyerasının sonunu yaşayır və uğursuz şəkildə səlahiyyət müddəti bitməmiş hakimiyyətlə vidalaşacaq”.