backend

İsrail Lapşinin ekstradisiyasına qarşıdır – Səfirlik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiyasına qarşıyıq. İsrail dövlətinin rəsmi mövqeyi bundan ibarətdir” 

“Biz Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiyasına qarşıyıq. İsrail dövlətinin rəsmi mövqeyi bundan ibarətdir”

TİA.AZ xəbər verir ki, bunu erməni mətbuatına açıqlamasında İsrailin Belarusdakı sərfinin müavini Yuliya Raçinski – Spikov deyib.

Diplomatik missiya nümayəndəsinin sözlərinə görə, İsrail rəhbərliyi Belarus və Rusiyadan (Aleksandr Lapşin həm də Rusiya vətəndaşıdır) olan həmkarları ilə bu istiqamətdə işləri davam etdirəcək.

Səfirin müavini xatırladıb ki, missiyanın hüquqi proseslərə qoşulmaq haqqı yoxdur, onlar, yalnız Aleksandr Lapşinə konsulluq xidmətləri göstərə bilərlər: “Bizdə olan məlumatlara görə, Lapşinin vəkilləri prokurorluğun qərarı ilə bağlı apelyasiyaya müraciət edəcək”.

O, həmçinin əlavə edib ki, İsrailin Belarusdakı səfirliyi vasitəsilə Aleksandr Lapşinin üzrxahlıq məktubu Azərbaycan rəhbərliyinə təqdim olunub.

Qeyd edək ki Rusiya, İsrail və Ukrayna vətəndaşı olan bloqqer Aleksandr Lapşin Azərbaycan sərhədlərini pozduğu və işğal olunmuş Azərbaycan torpaqlarına icazəsiz səfər etdiyi üçün Azərbaycan hökumətinin müraciəti əsasında Minskdə saxlanılıb.

A. Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.

Xatırladaq ki, bir neçə gün öncə Belarus Baş Prokurorluğu Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı qərar qəbul edib.