HAMAS-ın siyasi lideri İsmayıl Haniyə səhərə yaxın Tehranda öldürülüb. Bu əməliyyatdan bir neçə saat əvvəl isə Beyrutda “Hizbullah”ın məşhur liderlərindən biri Fuad Şükrü İsrailin raket zərbəsi ilə aradan götürülüb. Tehranda İ.Haniyənin qaldığı evin də raketlə vurulduğu iddia olunur. O, yeni prezident Məsud Pezeşkianın andiçmə mərasiminə qatılmaq üçün İranda idi. Haniyənin qətli istər raket zərbəsiylə, istərsə sui-qəsdçilər tərəfindən həyata keçirilmiş olsun, fərq etməz. Bu hadisə İsrail kəşfiyyatının İran içərisindəki imkanlarını və rahat məlumat əldə etmə bacarığını, İran kəşfiyyatının və təhlükəsizlik sisteminin isə ciddi problemlərini bir daha ortaya qoyur.
Tribunainfo.az xəbər verir ki, bu sözlərlə politoloq Şahin Cəfərli çıxış edib. O bildirib ki, bu ilin aprelində Qəzzada İ.Haniyənin 3 oğlu və 4 nəvəsi İsrail aviasiyasının raket zərbəsi ilə öldürülmüşdü:
“İ.Haniyənin Türkiyə hökuməti ilə də yaxın münasibətləri var idi və cibində Türkiyə pasportu daşıyırdı”.
Roman