“İsrail İranın nüvə obyektlərini vuracaq” – KİV

“İsrail İranın nüvə obyektlərini vuracaq” – KİV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyada 61 illik Baas rejiminin devrilməsindən sonra işğalçı İsrail rejimi paytaxt Dəməşq başda olmaqla ölkənin bir çox nöqtəsinə hücumlar təşkil edib. Hava hücumundan müdafiə sistemlərinin də zərərsizləşdirildiyi hücumlardan sonra İsrail mətbuatı İsrail Hərbi Hava Qüvvələrinin İranın nüvə obyektlərinə hücum etməyə hazırlaşdığını iddia edib.

Xəbərdə adı açıqlanmayan İsrail hərbi rəsmilərinin Yaxın Şərqdəki hadisələrlə bağlı mətbuata məlumat verdiyi bildirilib.

Rəsmilər bəyan ediblər ki, İsrail ordusu “Hizbullahın zəifləməsi və Suriyanın hava hücumundan müdafiə sistemlərinin əksəriyyətinin zərərsizləşdirilməsi səbəbindən” İranın nüvə obyektlərinə hücum etmək imkanının olduğuna inanır.

Xəbərlərdə İsrailin İranın nüvə obyektlərinə mümkün hücumunun nə vaxt planlaşdırıldığı barədə məlumat verilməyib.

İddialarla bağlı İsrail administrasiyasından rəsmi açıqlama gəlməyib.