İsrail İranın nüvə obyektlərinə hücum edəcəkmi? – POLİTOLOQ

İsrail İranın nüvə obyektlərinə hücum edəcəkmi? – POLİTOLOQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“The Wall Street” jurnalının yazdığı məqaləyə əsasən 2025-ci ildə İsrail İranın nüvə obyektlərinə hücum etmək istəyir.

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən politoloq Elşən Manafov bildirib ki,
İsrail ABŞ-la razılaşdırmadan İrana münasibətdə belə bir qərar qəbul edə bilməz.

Politoloqun sözlərinə görə, ABŞ prezidenti D.Trampın Rusiya prezidenti Putinə məlum telefon zəngindən sonra inamla demək olar ki, ABŞ və Rusiya arasında münəsibətlərdə yeni bir dövr başlayır.

“Bayden administrasiyasından fərqli olaraq Tramp Rusiya ilə dialoqu ABŞ-ın maraqları üçün daha məqbul sayıb. Artıq Tramp Ukraynanın NATO-ya üzvlüyünün heç vaxt baş tutmayacağını, Rusiyanın ələ keçirdiyi torpaqların Ukrayna tərəfindən geri qaytarılmasının qeyri mümkünlüyünü bəyan edib. Ukraynaya isə onun malik olduğu 500 milyardlıq mineralların ABŞ-a verilməsi müqabilində bundan sonrakı əməkdaşlığı təklif edib. Bu göstərir ki, Tramp siyasətçi və iş adamı olaraq Yaxın Şərqdə də pullarını bundan sonra israf etmək fikrində olmayacaq. İsrailin İranın atom sənayesinə zərbələr endirmək istəyi Trampın İran probleminin yumşaq gücün tətbiqi ilə bağlı planları ilə üst-üstə düşməyəcək. Odur ki, ABŞ müttəfiqi olan İsraili Yaxın Şərqdəki vəziyyətin gərginləşdirilməsi fikrindən çəkindirəcək.
Digər tərəfdən mövcud dünya nizamı ilə bağlı problemləri hazırkı mərhələdə Rusiya ilə dialoq yolu ilə həll etmək yoluna üstünlük verən Tramp yəqin ki, bu ilin yanvarında Rusiya və İran arasında strateji müttəfiqlik barədə müqavilənin şərtlərini də nəzərə alacaq və İsraili Rusiyanın muttəfiqi sayılan dövlətlə qarşıdurma siyasətindən çəkindirməyə çalışacaq”.

Dəniz