İsrail İranı yenidən vuracaq: qərar verildibackend

İsrail İranı yenidən vuracaq: qərar verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün bundan əvvəl İranda bir neçə hərbi obyektlərə raket zərbəsi endirən İsrail, bu addımını təkrarlamaq qərarına gəlib. Tribunainfo.az xəbər verir ki, dünən Təl Əviv Təhlükəsizlik Şurası bununla əlaqədar toplaşıb.

Yerli Kanal11 xəbər verir ki, yeni hücum zamanı yenə İranın nüvə obyektlərinə toxunulmayacaq. “Artıq yeni hücum planı təsdiqlənib. İranın nüvə obyektlərinə zərbə endirilməyəcək. Lakin əsas hərbi baza və zavodlar raketlə vurulacaq”.

Bu əsnada İran da sakit dayanmaq fikrində deyil. SEPAH dünən bəyan edib ki, İsrailə zərbə endirmək üçün bütün hazırlıqları başa çatdırıblar. Prosesin nə zaman reallaşacağı barədə yekun qərarı isə İranın dini lideri verəcək.