İsrail İranda 52 hədəfi vuracaq – Fikrət Fəraməzoğludan proqnozbackend

İsrail İranda 52 hədəfi vuracaq – Fikrət Fəraməzoğludan proqnoz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İsrail İranı vurmaq üçün son hazırlıq mərhələsindədir. Dünən İran Mülki Aviasiya Ximdətinin uçuşları dayandırması xəbərdarlığı da dəlalət edir ki, Tehran hücumnun olacağına çox əmindir”.

Tribunainfo.az xəbər verir ki, bu fikilər siyasi ekspert Fikrət Fəraməzoğluna məxsusdur. O bildirib ki, İsrailin hücumun bir qədər yubanmasının bir neçə səbəbi var. “Onlardan biri ABŞ-ın dəstəyini almaqdır. Təl Əviv bununla bağlı son məsləhətləşmələri keçirib və şübhəsiz ki, müəyyən təminatlar alıb. İkinci məsələ isə hansı hədəflərin vurulması ilə bağlıdır. Çünki Qərb İranda bəzi nöqtələrin vurulmasını istəmir”.

Fəraməzoğlu deyib ki, İsrail İranda vurmaq üçün 52 hədəf müəyyən edib. “Bu hədəflərin müəyyənləşməsi bu günün qərarı deyil. Uzun zamandır İsrail İranı çökdürə biləcək ən kritik hədəfləri müəyyənləşdirib. Buraya iri neft zavodları, starteji əhəmiyyətli infrastrukturlar, elektrik təhcizatı sahələri, AES-lər, və ən əsası isə SEPAH-ın hərbi nöqtələri daxildir. Hələ aprel ayında İran İsrailə raket atdıqdan sonra Təl Əviv həmin raketlərin atıldığı SEPAH bazalarının hamısını vurdu. Bu dəfə də analoji hal yaşanacaq. Lakin miqyas bir qədər böyük olacaq”.

Siyasi ekspert hesab edir ki, İsrailin İranla bağlı ikimərhələli planı var. Onun sözlərinə görə, birinci mərhələ raket zərbələri ilə infrastruktur və iqtisadiyyatın iflic edilməısidir. “İran iqtisadiyyatı bu gün bərbad vəziyyətdədir. Devalivasiya pik həddə çatıb. Əsas iri istehsal sahələri ard-arda bağlanır. Əhalinin güzəranı getdikcə daha da pisləşir. Bunun fonunda İsrail iqtisadi sahələri sıradan çıxararsa, ardından ikinci mərhələ başlayacaq. Bu isə əhalinin kütləvi şəkildə etiraza başlaması ilə müşahidə olunacaq. Elə bu səbəbdəndir ki, İran rejimi İsrailə son raket həmləsinin ardından bütün iri şəhərlərə Daxili Qoşunları yerləşdirib. Çünki narazılığın partlayacağından əmindir və onun güc vasitəsi ilə qarşısını ala biləcəyinə ümid edir”.