İsrail İrana qarşı bunları test edəcək – Hərbi ekspertbackend

İsrail İrana qarşı bunları test edəcək – Hərbi ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail bir həftəyə hücum edəcəyik deyib anidən sinsi şəkildə gecə nüvə obyektlərini bombalayıb.
Eyni zamanda SEPAH qərərgahı, elektrik stansiyaları vurulub. Gedişat bu mərhələdən sonra hara doğru gedir?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən hərbi ekspert Elxan Şıxaliyev bildirib ki, gözlənilən baş verdi. Artıq İsrail döyüş təyyarələri ilə xüsusən də F-16 və F-35-lərlə İranın hərbi obyüktlərinə zərbələr endirmiş oldu.

Ekspertin sözlərinə görə, İsrail tərəfi özlərinin hərbi hədəflərinin İranın hava hücumundan müdafiə sistemləri və raket bazaları, raket istehsal edən müdafiə sənayesi şirkətlərinin ərazisi olduğunu elan etdi.

“İsrail düşünür ki, İranda hava hücumundan müdafiə sistemləri sıradan çıxarılmış olsa və raket sistemləri, xüsusən də yer-hava, raket bazaları, istehsal sahələri sıradan çıxarılsa İran İsrailə qarşı yenidən raket zərbələri endirməsi döyüş qabiliyyətindən məhrum olacaq. Bir gecə ərzində ayın 26-da baş verən əməliyyatlar nəticəsində İsrail tərəfi 100-ə yaxın hava-yer raket zərbələri, F-16 və F-35-lərdən endirilən raket zərbələri həyata keçirib. İran isə artıq hava hücumundan müdafiə sistemləri İsrailin raket zərbələrinin qarşısını aldığını bildirir. Çox böyük döyüş itkilərin və tələfatların olmadığını bildirir. İsrail üçün əməliyyatlar xüsusən İranın hücumlarına cavab olaraq əməliyyatların bitdiyini elan etdi. Yəni artıq əməliyyatların davamı olacaqsa bu İranın atacağı addımlara bağlı olacaq. Və nəticələrinin İran tərəfindən və yaxud İranın atacağı addımlar artıq İran-İsrail münasibətlərinin hansı mərhələdə müharibə vəziyyətində və yaxud Livan və Qəzzada İranın proksi qüvvələrlə apardığı əməliyyatlar məhdudlaşacaq.

Düşünürəm ki, İran-İsrail müharibəsinin aktiv fazası hələlik bundan o tərəfə keçməyəcək. Amma İsrail artıq İrana zərbələr endirə biləcək mesajını verdi. İndi İranda baş verəcək daxili proseslərə əsasən diqqət yetirəcəklər ki, İranın daxilində bu zərbələrin vurulması nəticəsində nə baş verə bilər. Hər hansı bir hərəkətlənmə, daxildə etiraz aksiyaları, siyasilərə qarşı daxili bir çaxnaşmanın baş verə biləcəyini də İsrail test edəcək. Bu zərbələrin içərisində və nəticəsində siyasi hədəflər də vardı. Ona görə də düşünürəm ki, İran İsrail müharibəsi sürünən fazada davam edəcək. Zaman-zaman bu kimi hava və raket zərbələrinin endirilməsi ilə də müşayiət oluna bilər. Cavab İrandadır. İranın atacağı addımlara görə vəziyyəti qiymətləndirəcəyik”.

Dəniz Pənahova