Oktyabrın 1-də həyata keçirilən raket hücumuna cavab olaraq Təl-Əviv rəhbərliyinin İrana qarşı böyük hücuma hazırlaşdığı iddia edilib.
Tribunainfo.az xəbər verir ki, bu barədə İsrailin dövlət televiziyası “KAN” məlumat yayıb.
Adı açıqlanmayan İsrail rəsmisinin məlumatına görə, bu hazırlıqlara İrandan mümkün cavab zərbəsinə qarşılıq ölkədəki müdafiə sistemlərinin möhkəmləndirilməsi də daxildir.
Qeyd olunub ki, bu axşam İsraildə keçiriləcək təhlükəsizlik kabinetində Baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Qallanta böyük ehtimalla bu hücumun nə vaxt və necə baş verəcəyinə qərar vermək səlahiyyəti veriləcək.