İran və İsrail arasında baş verənlər Yaxın Şərqdəki regional siyasətə bir qədər düzəlişlər edilməsilə nəticələcək.
Tribunainfo.az yazır ki, əgər indiyə qədər İsrail və İran bir – birindən istifadə edərək öz siyasi mövqelərini tərəfdaşları yanında gücləndirirdilərsə, son baş verənlər Tel – Aviv və Tehranın dəyişikliklərə məhkum olması ilə məticələnəcək:
“İsrail İrana cavab verəcək və beləcə, çoxdandır istədiyi bəzi düymələrə basacaq. Baş verənlər fonunda İsrail ya irəliyə doğru hərəkət edəcək, ya da hazırda olan şansını itirmiş olacaq.
Amma unutmamalıyıq ki, qlobal mərkəzlər həm İranın, həm də İsrailin mövcudluğunda və regional tərəzi olmalarında maraqlıdırlar”.
Nigar